Yəmən Xarici İşlər Nazirliyi Yəmən xalqının ağrı və iztirablarına görə birbaşa ABŞ-ın məsuliyyət daşıdığını vurğulayaraq bildirib ki, Baydenin bölgəyə səfəri Vaşinqton layihəsi planı çərçivəsində baş verir.
Az.rasthaber.com xəbər verir ki, açıqlamada ABŞ prezidenti Co Baydenin bölgəyə səfər layihəsini təhlil edərək Yəmən millətinə qarşı təcavüz və mühasirənin davam edəcəyinə dair xəbərdarlıq edilib.
Xarici İşlər Nazirliyi ABŞ prezidentinin bölgəyə səfərinin Vaşinqtonun regionda həyata keçirdiyi layihə çərçivəsində olduğunu və əsas hədəfin sionist rejimə uyğunlaşma əsasında regional nizam yaradılması olduğunu bildirib.
Bəyanatda deyilir ki, layihənin hədəfi İslam ölkələri arasında qeyri-sabitlik və müharibə yaratmaq, bu layihənin əleyhdarlarını sionist rejimin düşməni və məntəqədə qeyri-sabitlik yaradanlar kimi tanıtmaqdır.