ABŞ yeni nüvə silahlarını Türkiyədə də yerləşdirə bilər

ABŞ yeni nüvə silahlarını Türkiyədə də yerləşdirə bilər

Bu barədə ABŞ Alimlər Federasiyasından məlumat verilib.

Az.rasthaber.com "İnterfaks"-a istinadən xəbər verir ki, ABŞ 2025-ci ilədək B61-12 tipli 480 yeni taktiki nüvə aviabombası hazırlayacaq.

Bu rəqəm Çin, Fransa, Böyük Britaniya, Pakistan, Hindistan, Şimali Koreya və İsrail rejimi arsenallarındakı nüvə silahlarının sayından çoxdur.

Beləliklə də, ABŞ öz taktiki nüvə potensialını 3 dəfə artırmağa hazırlaşır.

Yeni nüvə aviabombalarının Almaniya, Belçika, Niderland, İtaliya və Türkiyədəki ABŞ bazalarında yerləşdirilməsi nəzərdə tutulur.

Müxtəlif dəyərləndirmələrə əsasən, hazırda Avropada ABŞ-ın 100-15- nüvə silahı var.

Xəbəri paylaş

VİDEOLAR