Testlərdə 16 yaşdan yuxarı təxminən 38 min insan iştirak edib.
RİA-ya istinadən xəbər verir ki, ABŞ-ın əczaçılıq nəhəngi “Pfizer” və Almaniyanın “BioNTech” şirkətinin hazırladığı koronavirus əleyhinə vaksinin sınaqları zamanı 6 nəfər ölüb.
Bu barədə ABŞ-ın Ərzaq və Dərmanların Keyfiyyəti Məsələləri üzrə İdarənin hesabatında deyilir.
Ölənlərin dördünə plasebo, ikisinə isə vaksinin özü vurulub.
Pasiyentlərdən biri piylənmə və aterosklerozdan əziyyət çəkirdi, o, dərmanın ilk dozası vurulduqdan 3 gün sonra dünyasını dəyişib.
Həyatını itirən ikinci könüllünun isə ikinci dozanın tətbiqindən 60 gündən sonra ürəyi dayanıb.
Plasebo əldə edənlərdən ikisi infarkt və insultdan ölüb, digər iki nəfərin isə ölüm səbəbi hələ müəyyən edilir.
Ölənlərin üçünün yaşı 55-dən yuxarı olub.
Testlərdə 16 yaşdan yuxarı təxminən 38 min insan iştirak edib.