ABŞ və NATO silahlı qüvvələri Əfqanıstanı bu gün rəsmi olaraq tərk etməyə başlayıb.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Əfqanıstanda olan, sayı 2500-3000 olduğu təxmin edilən ABŞ əsgərləri ilə təxminən 7 min NATO hərbi personalı bu gündən etibarən ölkəni tədricən tərk edəcək.
ABŞ Prezidenti Co Bayden 15 aprel tarixində verdiyi açıqlamada geri çəkilmə prosesinin 1 mayda başlayacağını, Əfqanıstanın işğalının ildönümü olan 11 sentyabrdan əvvəl bütün əsgərlərin çəkiləcəyini açıqlamışdı.
ABŞ və NATO müttəfiqləri 11 sentyabr hücumlarının məsuliyyətlisi kimi görülən Əl-Qaidə təşkilatı silahlılarını gizlətdiyi və qoruduğu səbəbi ilə 7 oktyabr 2001-ci ildə Əfqanıstanı işğal etdilər.
ABŞ-da Brovn Universitetinin həyata keçirdiyi "Müharibə Maliyyələri" layihəsi çərçivəsindəki qiymətləndirmələrə görə, 20 illik müharibə üçün 2 trilyon dollardan çox pul xərclənib.
ABŞ-dan 2 min 442 əsgərin öldüyü və 20 min 666 nəfərin yaralandığı müharibədə min 144 NATO personalı da həyatını itirib.