ABŞ və İsrail yalnız güc dilini başa düşdüklərini nümayiş etdirdilər - Ənsarullah

ABŞ və İsrail yalnız güc dilini başa düşdüklərini nümayiş etdirdilər - Ənsarullah

Yəmənin Ənsarullah Hərəkatının yüksək səviyyəli siyasi büro üzvü ABŞ və sionist rejimin İran qarşısında zəifliyinə diqqət çəkib.

Az.rasthaber.com xəbər verir ki, Yəmənin Ənsarullah Hərəkatının Siyasi Bürosunun üzvü Məhəmməd əl-Buheyti Fələstin əl-Yəvm hesabatında vurğulayıb ki, ABŞ və sionist rejimin İrana qarşı atəşkəsi qəbul etməsi onların ancaq hərbi güc dilini başa düşdüklərini göstərir.

Sionist rejimin baş nazirinin dəftərxanasının bəyanatına əsasən, bu rejim İran İnqilabı Keşikçiləri Korpusundan öldürücü və ağır zərbələr aldıqdan sonra nəhayət atəşkəsi qəbul etməyə məcbur olub.
Netanyahunun ofisi sionist nazirlərdən bu atəşkəsə münasibət bildirməmələrini istəyib.

Xəbəri paylaş

VİDEOLAR