ABŞ və Britaniya: Rusiya kosmosa raket atıb

ABŞ və Britaniya: Rusiya kosmosa raket atıb

ABŞ və İngiltərə Rusiyanı kosmosda peykləri hədəfə almaq üçün istifadə edilə bilən silaha bənzər bir vasitə sınamaqda günahlandırıb.

Rasthaber Azərbaycan BBC-yə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti bundan narahatlığını ifadə edib.

Rusiya Müdafiə Nazirliyi əvvəlcədən Rusiya kosmik texnologiyasını sınamaq üçün yeni texnologiyaların tətbiq ediləcəyini bildirmişdi.

Birləşmiş Ştatlar əvvəllər Rusiya peyk proqramının son dövrdə aktivliyinin artmasından narahatlığını bildirmişdi. Lakin İngiltərə ilk dəfədir ki, Rusiyanı kosmik sınaqları ilə bağlı ittiham edir.

Bir neçə gün əvvəl İngiltərə hökumətinin Rusiyanın yaratdığı təhlükəni ciddi şəkildə qiymətləndirmədiyi barədə bir hesabat yayılıb.

İngiltərə Kosmik Administrasiyasının rəhbəri Hava Vitse-Marşalı Harvey Smit özünün cümə axşamı günü verdiyi bəyanatında Londonun kosmosun dinc istifadəsini təhdid etdiyi üçün Rusiyanın bu davranışından narahat olduğunu və Rusiyanın orbitə buraxdığı kosmik gəminin hərbi xüsusiyyətlərə sahib olduğunu açıqlayıb.

"Biz Rusiyanı bundan sonra belə sınaqlar keçirməməyə çağırırıq," - Harvey Smith deyib.

Xəbəri paylaş

VİDEOLAR