ABŞ və Britaniya diplomatları Ukraynanı tərk edir

ABŞ və Britaniya diplomatları Ukraynanı tərk edir

ABŞ Dövlət Departamenti ABŞ-ın Kiyevdəki səfirliyinin bəzi əməkdaşlarına və onların ailə üzvlərinə Ukraynanı tərk etməyə icazə verib.

Az.rasthaber.com "Oxu.az"-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında qeyd olunur.

“Dövlət Departamenti ABŞ-dan olan diplomatların Ukraynanı könüllü şəkildə tərk etməsinə icazə verib və Rusiyanın davam edən hərbi təhlükəsi səbəbindən bu şəxslərin ailə üzvlərinin də Kiyevdəki səfirliyi tərk etməsinə göstəriş verib”, - bəyanatda deyilir.

Dövlət Departamenti Ukraynadakı ABŞ vətəndaşlarına da artıq indidən bu ölkəni tərk etməyi düşünməyi tövsiyə edib.

 

Həmçinin Böyük Britaniyanın Ukraynadakı səfirliyinin bəzi əməkdaşlarının Kiyevdən təxliyəsinə başlanılıb.

Bu barədə Britaniya Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Ukraynada yerləşən səfirlikdən diplomatlarının təxliyəsinə hazırlaşan digər ölkə isə Avstriyadır.

Bu açıqlama ilə Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq Brüsseldə Avropa İttifaqı ölkələri xarici işlər nazirlərinin görüşündən əvvəl bildirib.

Xəbəri paylaş

VİDEOLAR