ABŞ ÜST-dən çıxır: Vaxtı açıqladı

ABŞ ÜST-dən çıxır: Vaxtı açıqladı

ABŞ Dövlət Departamentinin rəsmisi Morqan Ortaqus məlumat verib.

Rasthaber xəbər verir ki, ABŞ 2021-ci ilin iyul ayında Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzvlüyünü tam dayandıracaq.

Bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi Morqan Ortaqus məlumat verib.

“Biz daha şəffaf və etibara layiq həmkarlar axtaracağıq. Çixış 2021-ci il 6 iyulda gerçəkləşəcək”, – deyə o bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp daha öncə ÜST-ün icra etdiyi öhdəlikləri öz üzərinə götürə biləcək həmkar-təşkilatların axtarışı üzərində işləməyi tapşırıb.

Xatırladaq ki, daha öncə Tramp deyib ki, ölkəsi ÜST-lə münasibətlərə xitam verir, çünki təşkilat “lazımi islahatları keçirməkdən imtina edib”. Həmçinin o, təşkilatı koronavirus pandemiyasının miqyaslarını gizlətməkdə ittiham edib.

Xəbəri paylaş

VİDEOLAR