ABŞ universal desant gəmisi yandı

ABŞ universal desant gəmisi yandı

Şahidlərin sözlərinə görə, hadisə yerində partlayış baş verib.

Rasthaber Azərbaycan “RT”-yə istinadən xəbər verir ki, ABŞ-ın San-Dieqo şəhərindəki hərbi-dəniz bazasındakı “USS Bonhomme Richard” universal desant gəmisində yanğın baş verib.

Qeyd edilir ki, hadisə nəticəsində 17 hərbçi və 4 mülki şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hazırda yanğının səbəbi məlum deyil. Şahidlərin sözlərinə görə, hadisə yerində partlayış baş verib.

Yanğın-xilasetmə xidmətindən bildirilir ki, yanğın bir neçə gün davam edə bilər.

Xəbəri paylaş

VİDEOLAR