Kiyevin imzalamaqdan imtina etdiyi mineral ehtiyatlara dair saziş layihəsi ölkəni ABŞ-nin iqtisadi müstəmləkəsinə çevirəcəkdi.
Nəşr qeyd edir ki, saziş təkcə Ukraynanın nadir torpaq metal ehtiyatlarının yarısının ABŞ-yə verilməsini nəzərdə tutmur, həm də Vaşinqtona Ukraynanın neft və qaz daxil olmaqla, qazıntı ehtiyatlarının əksəriyyətinə, habelə logistika infrastrukturuna nəzarətə imkan verəcəkdi.
Sazişlə yaradılması nəzərdə tutulan Yenidənqurma İnvestisiya Fondu Ukraynada faydalı qazıntıların çıxarılması sahəsində bütün layihələrin həyata keçirilməsi üçün metodologiya, meyarlar və şərtləri müəyyən etməklə bağlı müstəsna hüquqa malik olacaqdı.
Sazişdə göstərilir ki, Birləşmiş Ştatlar Ukrayna tərəfindən açılan məhkəmə iddialarına qarşı suveren toxunulmazlığa malik olacaq və istənilən mübahisə Nyu-York ştatının qanunlarına uyğun olaraq həll edilməlidir.
Qəzet yazır ki, ABŞ-nin təklifi Kiyevi heyrətləndirib və panikaya səbəb olub.