ABŞ Türkiyəyə vermədiyi F 35 qırıcılarına müştəri tapdı

ABŞ Türkiyəyə vermədiyi F 35 qırıcılarına müştəri tapdı

Türkiyə Rusiyadan S-400 aldığı üçün, ABŞ Türkiyənin sifarişini təhvil verməyib.

Rasthaber Azərbaycan “Defense News”-ə istinadən xəbər verir ki, Türkiyənin sifariş etdiyi, lakin ala bilmədiyi “F-35 Lightning II” qırıcılarının 8-ni ABŞ Hərbi Hava Qüvələri alacaq.

Bildirilir ki, həmin təyyarələr artıq hazırdır və ABŞ-da saxlanılmaqdadır. ABŞ HHQ-ya verilməmişdən qabaq onlar “ABŞ üçün köklənəcək”.

Qeyd edilir ki, beləliklə Türkiyənin sifariş etdiyi qırıcıların gələcəyinə dair məsələ rəsmi şəkildə həll edilib.

Xatırladaq ki, Türkiyə Rusiyadan S-400 aldığı üçün, ABŞ Türkiyənin sifarişini təhvil verməyib.

Xəbəri paylaş

VİDEOLAR