Bu barədə ABŞ Dövlət Departamentindən məlumat verilib.
Rasthaber Azərbaycan Usa Today-a istinadən xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeo Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ilə keçirdiyi telefon danışığında deyib ki, Ankaranın Rusiyadan aldığı S-400 kompleksləri ABŞ hərbçilərini təhlükəyə məruz qoyur.
Bu barədə ABŞ Dövlət Departamentindən məlumat verilib.
“Dövlət katibi Pompeo (Türkiyə) xarici işlər naziri Çavuşoğluya aydın şəkildə bildirdi ki, S-400 sistemlərinin alışı ABŞ hərbi qulluqçuları və hərbi texnologiyalarının təhlükəsizliyi təhlükə altına alır, həmçinin Rusiyaya Türkiyə Silahlı Qüvvələri və onun müdafiə sənayesinə çıxış verir”, – deyə qeyd edilib.
Bildirilir ki, Türkiyəyə qarşı sanksiyanın məqsədi “Rusiyaya gəlir, çıxış və nüfuz əldə etməyə mane olmaqdır”.
Əlavə edilib ki, məhdudlaşdırıcı tədbirləri “Türkiyənin və ya ABŞ-ın istənilən digər müttəfiq və ya həmkarının hərbi potensialını sarsıtmaq üçün nəzərdə tutulmayıb”.