ABŞ Türkiyənin 4 yüksək rütbəli məmuruna sanksiya tətbiq etdi

ABŞ Türkiyənin 4 yüksək rütbəli məmuruna sanksiya tətbiq etdi

ABŞ Rusiyanın müdafiə sektoru ilə əməkdaşlıq etdiyinə görə, Türkiyənin bir dövlət orqanının dörd məmuruna qarşı sanksiya tətbiq edir.

Rastahber Azərbaycan Sputnik-ə istinadlı məlumatına görə, bu barədə ABŞ hökumətinin rəsmi nəşri – Federal registrin bildirişində deyilir.

Bildiriş rəsmən aprelin 7-də dərc olunaraq qüvvəyə minəcək.

Sanksiya Müdafiə Sənayesi üzrə Nazirliyə (MSN – SSB (Savunma Sanayii Başkanlığı), eləcə də orada çalışan dörd məmura, o cümlədən qurumun rəhbəri İsmayıl Dəmirə qarşı tətbiq olunacaq.

Qadağalar “Amerikanın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə əks-təsir” qanununa müvafiq olaraq tətbiq olunur. Bildirişin mətnində ABŞ-ın tədarükünə görə Türkiyəni cərimələrlə hədələdiyi Rusiya istehsalı olan S-400 ZRK-larının adı çəkilmir.

Sanksiyalara görə, MSN 10 milyon dollardan çox kreditdən və Amerikaya məhsulların ixracından məhrum edilir. Dörd türk məmur ABŞ ərazisinə daxil ola bilməz, əgər Amerika yurisdiksiyasında onların aktivləri tapılarsa, dondurulacaq, amerikalılara isə onlarla hansısa tranzaksiya yerinə yetirmək qadağan olunacaq.

Xəbəri paylaş

VİDEOLAR