25.08.2022 15:46:08
ABŞ Maliyyə Nazirliyi Türkiyənin ən yüksək biznes qurumuna göndərdiyi məktubda xəbərdarlıq edərək, Ankara Rusiya ilə ticarət apararsa, Vaşinqtonun onlara sanksiya tətbiq edəcəyini bildirib.
Az.rasthaber.com xəbər verir ki, Türkiyənin yüksək səviyyəli biznes birliyi bu gün ABŞ Maliyyə Nazirliyindən ölkənin Rusiya ilə ticarətinin davam edəcəyi təqdirdə mümkün sanksiyaların tətbiqi ilə bağlı məktub aldığını açıqlayıb.
ABŞ göndərdiyi Məktubda narahatlığını bildirərək iddia edir ki, Ukraynadakı xüsusi əməliyyatları bəhanəsi ilə Moskvaya qarşı tətbiq edilən maliyyə və kommersiya məhdudiyyətlərindən xilas olmaq üçün Rusiya Türkiyədən istifadə edir.
Məktubda qeyd edilir ki, ABŞ tərəfindən sanksiya tətbiq edilən ölkələrə maddi dəstək göstərən hər hansı bir şəxs və ya qurum ABŞ tərəfindən sanksiyaya məruz qalma riski ilə üzləşəcək.