ABŞ Dövlət katibi məktubda Türkiyənin Əfqanıstandakı sülh danışıqlarına ev sahibliyi etməsini istəyəcəklərini bildirib.
Amerika Birləşmiş Ştatları Dövlət departamentinin rəhbəri Antony Blinken, Əfqanıstan Prezidenti Məhəmməd Əşref Qani və Əfqanıstanın Milli Barış üzrə Ali Şurasının Prezidenti Abdullah Abdullaha sülh danışıqları ilə əlaqəli məktub ünvanlayıb.
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, ABŞ-ın 1 maya qədər Əfqanıstandan tamamilə çıxmasının planlaşdırdığı xatırladılan məktubda, çıxma işi tamamlandıqdan sonra da bu ölkənin ordusuna maliyyə dəstəyin davam edəcəyi qeyd edilib.
ABŞ Prezidenti Joe Biden-in Qani və Abdullahdan sülh danışıqlarına təcili başlamalarının tələb etdiyi ifadə edilən məktubda, sülh prosesi ilə əlaqəli təkliflər sadalanıb. Birləşmiş Millətlər Təşkilatı Rusiya, Çin, Pakistan, İran, Hindistan və ABŞ xarici işlər nazirləri və nümayəndələrini sülhə dəstək məqsədiylə danışıqlar etmələri üçün iclasa dəvət etməyə çağrılan məktubda ABŞ-ın Əfqanıstanda üzrə Xüsusi Nümayəndəsi Zalmay Halilzaddan Prezident Qani və Taliban liderlərindən danışıqların sürətlə aparılmasına imkan yaradmaq üçün istəklərini yazılı olaraq paylaşmalarını istəməsinin tələb olunduğu vurğulanıb.