ABŞ Suriya-İraq sərhədində yerləşən ət-Tənf rayonundakı öz hərbi bazasına iri hərbi karvan daxil edib.
Az.rasthaber.com SANA-ya istinadən xəbər verir ki, ABŞ kolonunun tərkibində silah-sursatlar və maddi-texniki avadanlıqlarla dolu 23 yük maşını olub.
Yerli mənbələrin məlumatına görə, bu, İordaniya ərazisindən Suriya ərazisinə son bir neçə il ərzində daxil olmuş ən iri karvandır.
Qeyd edək ki, ABŞ bu qeyri-qanuni baza vasitəsi ilə bölgədəki terrorçulara dəstək verir.