ABŞ Ordusu Suriyanın neft yataqları olan ərazilərdəki hərbi bazalarına əlavə qüvvələr yerləşdirib.
Az.rasthaber.com xəbər verir ki, İraqdan Deyr əz-Zor və Həsəkə əyalətlərindəki neft yataqlarına əlavə qüvvələr yerləşdirilib.
Həsəkədəki yerli mənbələrə görə, İraqda yerləşdirilən Amerika hərbi kontingentinin bir hissəsi ərəfədə Əl-Valid keçid məntəqəsindən keçərək Şəddadi şəhərindəki bazaya gəlib, oradan da ən azı 30 yük maşınından ibarət karvan Ömər neft yatağına doğru yola düşüb.
Konvoyu havadan iki helikopter, quruda isə YPG/PKK terrorçuları müşayiət edib.