ABŞ Suriyadan oğurladığı nefti İraq ərazisinə daxil edib

ABŞ Suriyadan oğurladığı nefti İraq ərazisinə daxil edib

Amerika qüvvələri Suriyadan oğurlanmış neftlə yüklənmiş tankerlər də daxil olmaqla onlarla avtomobili qeyri-qanuni Əl-Valid keçidi vasitəsilə İraq ərazisinə daxil edib.

Az.rasthaber.com "MEHR"ə istinadən xəbər verir ki, bu barədə Yarubiya kəndindən olan yerli mənbələr məlumat verib.

Məlumata görə, Amerika qüvvələri bu səhər qeyri-qanuni əl-Valid keçidindən Suriya nefti ilə dolu bir neçə yük maşını və onlarla tanker də daxil olmaqla 60 maşından ibarət karvanı, hərbi zirehli maşınlarla birlikdə İraq ərazisinə daxil ediblər.

Dəməşq hökuməti, Amerika əsgərlərinin ölkə ərazisində qeyri-qanuni mövcudluğunu “işğal və neft oğurluğu məqsədi ilə dövlət quldurluğu” kimi qiymətləndirir.

Xəbəri paylaş

VİDEOLAR