ABŞ Suriyadakı qeyri-qanuni bazalarını möhkəmlətməyə davam edir

ABŞ Suriyadakı qeyri-qanuni bazalarını möhkəmlətməyə davam edir

Bu barədə Suriyadakı yerli mənbələrdən məlumat verilib.

Az.rasthaber.com SANA-ya istinadən xəbər verir ki, ABŞ Suriyanın Həsəkə bölgəsindəki qeyri-qanuni hərbi bazalarını möhkəmlətməyə davam edir.

Belə ki, Əl-Yarubiyyə rayonundakı yerli mənbələrin məlumatına görə, 70 nəqliyyat vasitəsindən ibarət karvan sərhədi keçərək Həsəkə əyalətinin cənunubdakı hərbi bazalara doğru hərəkət edib.

Karvan soyuduculu nəqliyyat vasitələri, silah-sursat və maddi texniki vasitələr daşıyan maşınlar və həmçinin neft üçün avtosisternlərdən ibarət olub.

Qeyd edilib ki, hərbi karvanı yolda “Kasad” terrorçuları müşayiət edib.

Xəbəri paylaş

VİDEOLAR