ABŞ Suriya neftini daşıyan 55 maşını İraqın şimalına keçirib

ABŞ Suriya neftini daşıyan 55 maşını İraqın şimalına keçirib

“ABŞ Suriyanın neftini oğurlamaqda davam edir və daha 55 maşından ibarət neft karvanını İraqın şimalına keçirilib.”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, 55 neft maşınından ibarət karvan Həsəka əyalətinin şimal-şərqində əl-Mahmudiyyə adlı qeyri qanuni keçiddən keçərək İraqın şimalına gedib.

SANA bildirib ki, ABŞ Suriyanın neftini oğurlamaqda davam edir və onu qeyri qanuni yolla İraqın şimalına aparır.

Əlavə edilib ki, ABŞ qüvvələrinin müşayiəti ilə ötən ay 48 neft maşınından ibarət karvan eyni şəkildə İraqın şimalına aparılıb.

Qeyd edək ki, ABŞ və onun dəstəklədiyi separatçı kürd birləşmələri 2014-ci ildən başlayaraq İŞİD-ə qarşı mübarizə adı altında bölgəni zəbt ediblər.

Xəbəri paylaş

VİDEOLAR