ABŞ Səudiyyə Ərəbistanında hərbi baza yaratmağı planlaşdırır

ABŞ Səudiyyə Ərəbistanında hərbi baza yaratmağı planlaşdırır

ABŞ-ın yeni hərbi texnologiyaların sınaqdan keçirilməsi üçün Səudiyyə Ərəbistanında baza yaratmağı planlaşdırdığı bildirilib.

Az.rasthaber.com xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Səudiyyə Ərəbistanında innovativ hərbi texnologiyaların sınaqdan keçirilməsi üçün mərkəzin yaradılması üzərində çalışdığını təsdiqləyib.

CENTCOM-un sözçüsü polkovnik-leytenant David Eastburn açıqlamasında bildirib:

"Hazırda konsept kimi inkişaf mərhələsində olan “Qızıl Qumlar (Rand Sands) Test Mərkəzi” ABŞ və Yaxın Şərq tərəfdaşları arasında təlim və döyüş hazırlığına innovativ yanaşmadır".

Eastburn bildirib ki, bu sınaq mərkəzinin vizyonu "ABŞ və onun regiondakı tərəfdaşlarının qarşılıqlı fəaliyyət göstərməsi üçün geniş spektrli müxtəlif imkanları sınaqdan keçirmək və müxtəlif pilotsuz hava sistemlərinə qarşı müqavimət göstərməkdir".

Bu konsepsiyanın CENTCOM-un regionda mövcud strateji tərəfdaşlıqlarını davam etdirmək üçün innovativ yollar axtarışlarının bir hissəsi olduğunu qeyd edən İstbern bu mərkəzin və bu kimi gələcək ideyaların ABŞ-ın regiondakı tərəfdaşları ilə əməkdaşlığının nümunəsi olduğunu bildirib.

Xəbəri paylaş

VİDEOLAR