“Haaretz” qəzeti yazıb ki, ABŞ İraq daxilində konkret bölgələrə hava hücumları həyata keçirmək üçün sionist rejimə yaşıl işıq yandırıb.
Az.rasthaber.com xəbər verir ki, Haaretz qəzeti yazıb: İraqın hava məkanına nəzarət edən ABŞ hökuməti İsrailə İraq və Suriya sərhədlərində, xüsusilə də iki ölkə arasındakı keçidlərdə ərazilər daxilində hücumlar həyata keçirmək üçün yaşıl işıq yandırıb.
Amerikalı məmur bu qəzetə deyib: "İsrail bu keçidlərdən İraq və Suriya ərazisindən istifadə etmək istəyir, çünki Suriyanın müdafiə sistemi amerikalı qırıcıları İraq daxilində hədəflərə hücum edən İsrail qırıcılarından ayırmaq gücünə malik deyil."