ABŞ Silahlı Qüvvələri 144 tankerlə oğurlanan Suriya neftini İraq Kürdüstanına daşıyıb

ABŞ Silahlı Qüvvələri 144 tankerlə oğurlanan Suriya neftini İraq Kürdüstanına daşıyıb

Vaşinqton sistemli şəkildə Suriyadan təbii sərvətləri çıxarır.

Az.rasthaber.com-un SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə yerli mənbələr məlumat yayıb.

Suriyanın rəsmi "SANA" xəbər agentliyinin verdiyi məlumata görə, Birləşmiş Ştatlar bu siyasəti davam etdirərək, yüzdən çox ABŞ hərbi tankerindən ibarət karvan vasitəsilə şimal-şərqdəki Həsəkə əyalətindən İraqın şimalındakı Kürdüstana minlərlə litr xam neft daşıyıb.

Bildirilir ki, içərisində oğurlanan Suriya nefti olan 144 tanker cümə axşamı Əl-Mahmudiyyə sərhəd-keçid məntəqəsini keçərək İraqa daxil olub.

Çərşənbə günü Suriya prezidenti Bəşər Əsədin siyasi və media müşaviri Butaeyna Şaban ABŞ-ı Suriyanın resurslarını talamaqda sərt şəkildə qınayıb. Belə ki, son rəqəmlər ölkə neftinin böyük hissəsinin qeyri-qanuni ABŞ hərbi qüvvələri və onların dəstəklədiyi təkfirçi yaraqlılar tərəfindən talan edildiyini göstərir.

"ABŞ hazırda Suriya ərazilərini işğal edir və Suriyanın taxıl və neft ehtiyatlarını talayır. ABŞ-ın bu hərəkətləri çox biabırçıdır. Nəticə etibarı ilə biz Birləşmiş Ştatların dediklərinə heç vaxt etibar etmirik, çünki onların dedikləri ilə etdikləri ciddi ziddiyyət təşkil edir", deyə Şaban vurğulayıb.

"Suriyanın Neft və Mineral Ehtiyatlar Nazirliyinin açıqladığı məlumatlara görə, bu ilin birinci yarısında Suriyada 14,5 milyon barel neft hasil edilib, gündəlik neft hasilatı isə təxminən 80,3 min barel təşkil edib. ABŞ-ın işğalçı qüvvələri və müttəfiq təkfirçilər bu müddət ərzində 66 min barel xam nefti talayıblar", deyə İRAN mətbuatı qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR