ABŞ və Beynəlxalq Koalisiya Qüvvələrinin İraqdakı hərbi mövcudluğunun dayandırılması istiqamətində aparılan danışıqlarda əldə olunan irəliləyiş yekunlaşıb. Koalisiya qüvvələrinin İraqdakı mövcudluğu rəsmən başa çatır.
Az.rasthaber.com xəbər verir ki, məlumatlı mənbələr İraqın xarici işlər nazirinin gələn ay Vaşinqtona səfər edəcəyini bildiriblər.
Bu səfər zamanı İraq və ABŞ dövlət nazirləri beynəlxalq koalisiya qüvvələrinin İraqdakı missiyasının başa çatması ilə bağlı mətbuat konfransında bəyanatı oxuyacaqlar.
Beynəlxalq koalisiya qüvvələrinin Kürdüstan bölgəsi istisna olmaqla, bütün İraqdan çıxarılması rəsmi olaraq 2025-ci ilin sentyabrında başlayacaq.
Beynəlxalq koalisiya qüvvələri Kürdüstan bölgəsini 2026-cı ilin sentyabrında boşaldacaq.