ABŞ səfiri Türkiyə XİN-ə çağırıldı - PKK ilə bağlı

ABŞ səfiri Türkiyə XİN-ə çağırıldı - PKK ilə bağlı

Amerika Birləşmiş Ştatlarının Türkiyədəki səfiri Devid Satterfild (David Satterfield) Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Rasthaber Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, səfirə ABŞ-ın Qarada bölücü terror təşkilatı PKK-nın şəhid etdiyi 13 Türkiyə vətəndaşı ilə bağlı şərhinə ölkənin reaksiyası çatdırılıb.

Türkiyə Xarici İşlər Nazirliyi mövzu haqqında verdiyi məlumatda bildirib: “Səfir D.Satterfild nazirliyə çağırılıb, ona ABŞ-ın şərhilə bağlı Türkiyənin kəskin reaksiyası bildirilib. Belə ki, Amerika Birləşmiş Ştatları Dövlət Departamenti İraqın Qara bölgəsində bölücü terror təşkilatı PKK tərəfindən 13 Türkiyə vətəndaşının şəhid edilməsilə bağlı “Türkiyə vətəndaşlarının PKK tərəfindən öldürüldüyü xəbərləri doğrudursa, bu hərəkəti kəskin şəkildə qınayırıq” sözlərini işlədib”.

Xatırladaq ki,  Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri Rəcəb Tayyib Ərdoğan da partiyanın Rizə Rayon Konqresində çıxışı zamanı ABŞ-ın bu şərhinə təpki göstərərək  “Əgər biz sizinlə ümumilikdə və NATO-da birlikdə davam edəcəyiksə, terrorçuların yanında olmayacaqsınız. Guya siz PKK, YPG, PYD-nin yanında deyildiniz? Görünür ki, bal kimi yanındasınız və arxasındasınız.”, -deyə bildirmişdi.

Xəbəri paylaş

VİDEOLAR