ABŞ senatoru: Qəzza milyarder turistlər üçün yox, Fələstin xalqı üçün tikilməlidir

ABŞ senatoru: Qəzza milyarder turistlər üçün yox, Fələstin xalqı üçün tikilməlidir

ABŞ senatoru Bernie Sanders özünün sosial media platforması X hesabında ABŞ prezidenti Donald Trampın Qəzzanı "ələ keçirmək" və fələstinliləri zorla köçürmək planı ilə bağlı paylaşım edib.

Az.rasthaber.com xəbər verir ki, Qəzzada 47 mindən çox fələstinlinin öldürüldüyünü, 111 min nəfərin isə yaralandığını xatırladan Sanders, Trampın bütün bu hadisələrə “Qəzzanın gələcək daşınmaz əmlak kimi inkişafı üçün fələstinlilərin məcburi köçkün edilməsi” ilə cavab verdiyini bildirib.

Sanders, "Xeyr. Qəzza milyarder turistlər üçün deyil, Fələstin xalqı üçün yenidən qurulmalıdır" dedi.

Xəbəri paylaş

VİDEOLAR