ABŞ Senatı İsrailə 858 milyon dollarlıq hərbi-təhlükəsizlik yardımını təsdiqləyib

ABŞ Senatı İsrailə 858 milyon dollarlıq hərbi-təhlükəsizlik yardımını təsdiqləyib

ABŞ Senatı bu gün, cümə İsrailə hərbi-təhlükəsizlik yardımının cari ilin büdcəsində nəzərdə tutulmasını təqdiləyib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, “Kanal-13” bildirib ki, ABŞ Senatı Vaşinqtonun İsrailə hərbi-təhlükəsizlik yardımı üçün 858 milyon dollar dəyərində büdcəsini dəstəkləməyə razı olduğunu bəyan edib.

Bunun 500 milyon dolları "Dəmir Qübbə" hava hücumundan müdafiə sistemlərinə köməkdir.

Telakanal bildirib ki, bu yardımlar arasında İsrail və Amerikanın pilotsuz təyyarələrin qarşısını almaq məqsədilə birgə proqramı üçün nəzərdə tutulmuş təxminən 40 milyon dollar var ki, bu da ötən illə müqayisədə 25 milyon dollar artım deməkdir.

Telekanal öz saytında, ABŞ Senatının qanununun yaxın bir neçə gün ərzində prezident Co Bayden tərəfindən təsdiqlənəcəyini yazıb.

İsrail KİV-lərinin məlumatına görə ABŞ-ın İsrailə ənənəvi illik hərbi yardımının dəyəri 3.3 milyard dollardır.

 

Xəbəri paylaş

VİDEOLAR