ABŞ sanksiyaları NATO çərçivəsində fəaliyyətə təsir edəcək - Akar

ABŞ sanksiyaları NATO çərçivəsində fəaliyyətə təsir edəcək - Akar

Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar danışıb

Rasthaber Azərbaycan DHA-ya istinadən xəbər verir ki, ABŞ-ın S-400 kompleksinə görə Türkiyəyə qarşı sanksiyaları NATO çərçivəsindəki birgə fəaliyyətə mənfi təsir edəcək.

Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bəyan edib.

“Biz ABŞ sanksiyalarının bizə heç bir zərər vurmaması üçün mümkün olan hər şeyi edirik. Bu, bizim NATO ilə birgə fəaliyyətimizə mənfi təsir edəcək”, – deyə o bildirib.

Akar qeyd edib ki, ABŞ “dərhal bu yanlış qərarın yenidən gözdən keçirməlidir”.

“Biz gözləyirik ki, o, düzəldiləcək”, – deyə o, əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR