ABŞ Rusiyanı ittiham etmək üçün təxribat hazırlayır

ABŞ Rusiyanı ittiham etmək üçün təxribat hazırlayır

Ağ Ev Rusiyanı ittiham edərək onu müharibəyə cəlb etmək üçün ABŞ ərazisində yalançı bayraq altında həyata keçiriləcək hücum hazırlayır.

Az.rasthaber.com RT-a istinadən xəbər verir ki, bu barədə ABŞ-lı veteran Noktis Dreyven bildirib.

Onun “Twitter”-də yazdığına əsasən, Ukrayna cari münaqişədə məğlub olmaqdadır, Qərb isə bu münaqişəyə “olduqca çox zaman və pul sərf edib”.

“Onlar bizi müharibəyə cəlb etmək üçün hər şeyi edəcəklər”, – deyə Dreyven qeyd edib.

Həmçinin ABŞ-lı veteran əlavə edib ki, artıq bu gün ABŞ rəhbərliyi ölkəni Rusiya və Çinə qarşı müharibəyə hazırlamaq üçün xəbərlər və KİV-ləri istifadə edir.

“Mənim proqnozlarıma görə, ya ABŞ ərazisində, ya da NATO üzrə müttəfiqlərdən birinin ərazisində yalançı bayraq altında hücumlar törədiləcək”, – deyə o vurğulayıb.

Dreyven hesab edir ki, belə bir addım emosiyaları riqqətə gətirmək və ABŞ tərəfini müharibəyə qoşmaq üçün ediləcək.

Xəbəri paylaş

VİDEOLAR