ABŞ rəsmisi: İran nüvə silahı ardınca deyil

ABŞ rəsmisi: İran nüvə silahı ardınca deyil

Amerika rəsmisi bildirib ki, Vaşinqton İranın nüvə silahı istehsal etməyə çalışdığına dair heç bir sübuta malik deyil.

Az.rasthaber.com xəbər verir ki, ABŞ və sionist rejimin kəşfiyyat orqanları iddia ediblər ki, iranlı alimlər nüvə silahının yaradılması üçün istifadə oluna biləcək kompüter modelləşdirməsi və metallurgiya tədqiqatları aparırlar.

Axios-un məlumatına görə, bəzi amerikalı və sionist rəsmilər bu məlumatın İranın “nüvə silahına meylli olmasının” narahatedici əlaməti olduğunu iddia ediblər. Lakin hər iki ölkənin digər rəsmiləri rəsmi Tehranın tədqiqatlarının İranın nüvə silahı ilə bağlı strategiyasında dəyişikliyə səbəb olmadığını və İranın nüvə silahı əldə etmək ardınca olmadığını bildirib.

Xəbəri paylaş

VİDEOLAR