"ABŞ realist olsa, qısa müddətdə razılaşma əldə olunacaq"

"Biz İran İslam Respublikasının qırmızı xəttini keçmək bahasına olmayan, yaxşı, güclü və davamlı sazişi imzalamağa hazırıq"

Az.rasthaber.com "İslamTimes"a istinadən xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər Naziri Hüseyn Əmir-Abdullahiyan məntəqə ölkələrinə səfəri çərçivəsində Dəməşqdən sonra bir heyətlə Beyruta yollanıb. Abdullahian Cümə axşamı günü Livanın xarici işlər naziri Abdullah Bu-Həbib ilə görüşdən sonra birgə mətbuat konfransında iştirak edib və jurnalistlərin suallarını cavablandırıb.

O, bu görüşdə İrana qarşı sanksiyaların ləğvi ilə bağlı Vyana danışıqları barədə deyib:
"Livanın xarici işlər naziri Abdullah Bu-Həbibin dəyərli diplomatik təcrübəsini nəzərə alaraq, biz Vyana danışıqlarını müzakirə etdik. Hesab edirik ki, Amerika tərəfi zaman, sözlə oynamaq və vaxt itirmək əvəzinə real, düzgün yanaşma yolunu seçməlidir."
Əmir Abdullahian həmçinin əlavə edib:
"Biz İran İslam Respublikasının qırmızı xəttini keçmək bahasına olmayan, yaxşı, güclü və davamlı sazişi imzalamağa hazırıq. Amerika tərəfi realist olsa, qısa müddətdə razılaşma əldə olunacaq."

 

Xəbəri paylaş

VİDEOLAR