İraqın baş naziri ABŞ hərbçilərin yaxın gələcəkdə ölkədən çıxacağını bildirib.
Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Mustafa əl-Kazımi bəyan edib ki, qarşıdakı bir neçə gün ərzində ABŞ-ın bütün hərbi qüvvələri strateji razılaşma çərçivəsində İraqdan çıxacaq.
O vurğulayıb ki, amerikalı qüvvələrin İraqdakı rolu hərbi məsləhət sahəsində olacaq və amerikalı hərbçilərin çıxışı İraqın təhlükəsizliyi və sabitliyinin bütün iraqlı qüvvələr tərəfindən qorunması qabiliyyətini göstərir.
Belə bir halda, ABŞ-ın Bağdaddakı səfiri Metyu Tuller əl-Kazımi ilə görüşdə İraqın regionun təhlükəsizliyi və stabilliyinin gücləndirilməsindəki roluna təkidlə İraqın baş naziri ilə amerikan koalisiya qüvvələrinin İraqdakı hərbi rolunun bitməsində əldə olunmuş irəliləyişləri araşdırıb.
Bağdad və Vaşinqton iyulun 26-da Amerikanın hərbi qüvvələrinin cari ilin sonunadək İraqdan çıxmaları və iraqlı qüvvələrə təlimlər keçmək və məsləhətlər vermək üçün müəyyən sayda amerikalı qüvvənin İraqda qalması haqda razılığa gəlib.