“Asaib əl-Haqq” qüvvələrinin rəsmisi Mahmud ər-Rabii deyib
Rasthaber xəbər verir ki, İraqın “Asaib əl-Haqq” qüvvələrinin rəsmisi Mahmud ər-Rabii bildirib ki, İraqın milli qüdrətini xarici qoşunların getməsi ilə saxlamaq olar.
O, ABŞ qoşunlarının İraqdan çıxarılmasının zəruriliyini qeyd edərək deyib ki, İraq parlamentinin ABŞ qoşunlarının çıxarılması qərarına mane olmaq üçün ABŞ siyasi hiylələrə əl atıb.
Ər-Rabii bildirib ki, İraqın tam müstəqilliyinin xarici qoşunların ölkədə çıxarılması və milli suverenliyin bütün ölkə ərazisinə yayılması ilə əldə ediləcək.