ABŞ Prezidenti Myanmaya qarşı sanksiyalar tətbiq etdi

ABŞ Prezidenti Myanmaya qarşı sanksiyalar tətbiq etdi

ABŞ Prezidenti Co Bayden ölkədə hakimiyyəti ələ keçirən Myanmanın hərbi liderlərinə qarşı “dərhal sanksiya tətbiq”i haqqında fərman imzalayıb.

Rasthaber Azərbaycan TRTajansa istinadən xəbərinə görə, Bayden çıxışı zamanı bəyan edib ki, ABŞ hökuməti hərbi generalların ABŞ-da yerləşən Birma (Myanma ) Dövlət fondlarının 1 milyard dollaradək vəsaitinə qanunsuz girişinin qarşısını almaq üçün bu addımları atır.

O, ABŞ-ın Myanma rəhbərliyinin qazandığı Amerika aktivlərini donduraraq ixracata “sərt nəzarət” tətbiq etdiyini də qeyd edib. Bununla birlikdə, Amerika Birləşmiş Ştatları bu ölkənin səhiyyə və qeyri-hökumət sektorunda dəstəyini qoruyacaq.

Xatırladaq ki, 1 fevralda hərbçilər Myanmada hakimiyyəti ələ keçirərək ölkə lideri, Nobel mükafatı laureatı Aun San Su Çji və digər dövlət rəhbərlərini həbs etdilər.

Myanmada on minlərlə insan hərbi çevrilişə etiraz edir. Etirazlar hərbçilərin İnternetə girişə mane olması fonunda baş verirdi.

Keçən ilin noyabr ayında isə Myanmada (keçmiş Burma) seçkilərrində  Aun San Su Çjinin “Demokratiya Uğrunda Milli Liqa”sı qazandı. O zamandan bəri ordu onların nəticələrini qəbul etmir.

Xəbəri paylaş

VİDEOLAR