Polis Vaşinqton şəhərində bir kişini güllələyərək qətlə yetirib.
Rasthaber xəbər verir ki, ABŞ polisi Vaşinqton şəhərində bir kişini güllələyərək qətlə yetirib.
Bu barədə polisin özü məlumat verib.
Öldürülən şəxs 18 yaşlı afroamerikalı Deyon Keydir.
Gənc təcili tibbi yardım maşınında dünyasını dəyişib.
Polis hadisə yerində iki ədəd tapançanın aşkar edildiyini desə də, öldürülən şəxsin silahlı olub-olmadığını qeyd etməyib.
Xatırladaq ki, bir neçə ay öncə qaradərili Corc Floydun polis tərəfindən boğularaq öldürülməsindən sonra ABŞ-da və hətta dünyanın bir sıra ölkələrində irqçilik və özbaşınalığına qarşı kütləvi etirazlar başlayıb.