29.08.2020 11:20:58
ABŞ-da hərbi vertolyot qəzaya uğrayıb.
ABŞ-ın Kaliforniya ştatında hərbi vertolyot qəzaya uğrayıb.
Rasthaber xəbər verir ki, bu barədə ABŞ ordusu məlumat verib.
İnsident nəticəsində 2 ABŞ hərbçisi ölüb, 3-ü isə yaralanıb.
Bildirilir ki, sözügedən vertolyot təlimdə iştirak edərkən qəza edib.
Faktla bağlı araşdırma başladılıb.