ABŞ Ordusunun Suriyadakı hərbi bazasına raket hücumu

ABŞ Ordusunun Suriyadakı hərbi bazasına raket hücumu

ABŞ gücləri dərhal həyəcan siqnalı verərək fövqəladə vəziyyət rejiminə keçiblər.

Rasthaber Azərbaycan xəbər verir ki, ABŞ-ın Suriyanın şimalındakı Haseke əyalətindəki hərbi bazasına raket hücumu həyata keçirilib.

Suriya İnsan Haqları təşkilatının verdiyi məlumata görə, ABŞ-ın Haseke vilayətinin cənubundakı Şadadi şəhərindəki hərbi bazasının yaxınlığına iki raket atılıb.

Hücumdan sonra ABŞ gücləri dərhal həyəcan siqnalı verərək fövqəladə vəziyyət rejiminə keçiblər.

Bu arada, Suriya ordusunun Dəra əl-Bələdə girməsilə paralel olaraq minlərlə suriyalı evlərinə geri dönüblər.

Xəbəri paylaş

VİDEOLAR