ABŞ Ordusu Aynul Əsəd hərbi bazasının bir hissəsini boşaltdı

ABŞ Ordusu Aynul Əsəd hərbi bazasının bir hissəsini boşaltdı

"Aynul Asad" hərbi bazasının bir hissəsi amerikan koalisiya tərəfindən boşaldılaraq, İraq ordusuna təhvil verilib

Rasthaber Azərbaycan İraq mediasına istinadən xəbər verir ki, İraq silahlı qüvvələri baş komandanlığının sözçüsü Yəhya Rəsul bu barədə bildirib.

"Amerikan koalisiya "Aynul Asad" hava bazasındakı bir neçə generatoru, istilik nəzarət kameralarını, bir sıra təchizatı və nəzarət qüllələrini İraqın təhlükəsizlik qüvvələrinə təhvil verib.

 Amerikan koalisiya üç gün bundan öncə də bazanın bəzi hissələrindəki bir neçə nəzarət qülləsini, təqribən iki həftə bundan qabaq isə təchizatların bir hissəsini və bir neçə avtomobili iraqlı qüvvələrə təhvil vermişdi.", -deyə Yəhya Rəsul bildirib.

Son həftələr ərzində amerikan koalisiya qüvvələrinin karvanları və ya onların İraqın müxtəlif nöqtələrindəki qərargahları dəfələrlə hücum hədəflərinə çevriliblər.

Xəbəri paylaş

VİDEOLAR