ABŞ Ordu birliklərini Almaniyadan çıxarmağa tələsmir

ABŞ Ordu birliklərini Almaniyadan çıxarmağa tələsmir

ABŞ öz hərbçilərinin bir qisminin Almaniyadan çıxarılmasını müvəqqəti dondurur. Çünki Pentaqon hələ ABŞ-ın dünyadakı mövqelərini gözdən keçirir.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən bildirir ki, bu barədə Prezident Co Baydenin milli təhlükəsizlik məsələlər üzrə müşaviri Ceyk Sallivan mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, Bayden bu gün Müdafiə naziri Lloyd Ostinin Amerika qüvvələrinin dünyadakı yeri barədə analiz aparacağını elan edəcək. Və bu müddət ərzində Almaniyadakı hərbçilərin yerdəyişməsi prosesi dondurulacaq. Prezidentin Dövlət Departamentində çıxışı bu gün, gec saatlarda gözlənilir. 

Baydenin sələfi Donald Tramp bəyan etmişdi ki, Amerika əsgərlərini Almaniyadan çıxaracaq. Ötən ilin iyununda o, kontingentin 25 minədək azaldılacağını demişdi. Buna səbəb kimi isə Berlinin NATO-ya üzvlük haqqını gecikdirməsini göstərmişdi. KİV yazırdı ki, Tramp bu qərarı barədə alman həmkarlarını əvvəlcədən agah etməyib. 

İyulun sonunda Pentaqon rəhbəri Mark Esper bildirmişdi ki, ABŞ Almaniyadakı hərbçi sayını 36 mindən 24 minədək azaldacaq. Bunlardan 5,4 mini digər NATO ölkələrinə göndəriləcək, 6,4 mini isə evə qayıdacaq. Yerdəyişmənin vaxt çərçivəsindən danışarkən isə bunun "bir neçə həftənin işi" olduğunu bildirmişdi.

Xəbəri paylaş

VİDEOLAR