Blinken Yəməndəki Husiləri xarici terror qruplaşmaları siyahısından çıxardıqlarını açıqlayıb.
Rasthaber Azərbaycan xəbər verir ki, ABŞ xarici işlər naziri Antoni Blinken Yəməndəki Husiləri xarici terror qruplaşmaları siyahısından çıxardıqlarını açıqlayıb.
Bilinken açıqlamasında “Yəməndə Husilər olaraq ifadə edilən Ənsarullah təşkilatına qarşı Xarici terror qruplaşmaları ilə bağlı 13224 saylı qərarı çərçivəsində Qlobal Özəl Terror Təşkilatı ifadəsini ləğv edirəm”, -deyə bildirib.
Yəməndəki humanitar fəlakətə görə, qərarın ləğv edildiyini qeyd edən Blinken “BMT humanitar yardım qurumları və konqresdəki iki partiya üzvlərinin bu sanksiyaların yəmənlilərə qida və yanacaq kimi təməl ehtiyacların çatmasına maneə olduğunu bildirdikdən sonra bunları nəzərə aldıq”, -deyə əlavə edib.
Blinken həmçinin Ənsarullah liderləri Əbdülməlik Husi, Abdül Xalid Husi və Abdullah Yəhya əl Hakimə qarşı sanksiyaların ləğv edilmədiyini də bildirib.