ABŞ: Müharibə başlayandan bəri daha 15 min insan HƏMAS-a qoşulub

ABŞ: Müharibə başlayandan bəri daha 15 min insan HƏMAS-a qoşulub

Reuters agentliyi ABŞ Konqresindəki iki mənbəyə istinadən xəbər verir ki, HƏMAS müharibə başlayandan bəri (son 15 ayda) təxminən 15 min yeni üzv əldə edib.

Az.rasthaber.com xəbər verir ki, Amerika kəşfiyyatının son hesabatına görə, Fələstinin İslami Müqavimət Hərəkatı HƏMAS müharibənin başlanğıcından bəri təqribən 15.000 yeni yaraqlı əldə edib.

Kəşfiyyat hesabatından xəbərdar olduqlarını deyən Konqresdəki iki mənbə Reuters agentliyinə bildirib ki, Oktyabrın 7-də Qəzzada müharibə başlayandan bəri Həmas 10-15 min yeni yaraqlı əldə edib.

“İsrail Times” qəzeti yazıb ki, bu məlumatlar HƏMAS-ın İsrail üçün davamlı təhlükə yaratdığını göstərir. Amerika kəşfiyyatının hesabatında həmçinin HƏMAS-ın müharibə zamanı eyni sayda yaraqlı itirdiyi iddia edilir.

Mənbələrin Reuters-ə verdiyi məlumata görə, HƏMAS bu qədər yaraqlı cəlb etsə də, bir çoxu gənc və təhsilsizdir və müqavimət hərəkatı onlardan daha sadə təhlükəsizlik məqsədləri üçün istifadə edir.

Yanvarın 14-də ABŞ-ın keçmiş dövlət katibi Antoni Blinken bildirib ki, ABŞ HƏMAS-ın itirdiyi qədər yeni yaraqlılar qazandığına inanır.

Xəbəri paylaş

VİDEOLAR