Retklif bəyan edib ki, Çin tərəfindən olan təhdidlər Rusiya tərəfindən olan təhdidlərdən nəzərəçarpacaq qədər ciddidir.
Rasthaber xəbər verir ki, ABŞ Milli Kəşfiyyatının direktoru Con Retklif bəyan edib ki, Çin tərəfindən olan təhdidlər Rusiya tərəfindən olan təhdidlərdən nəzərəçarpacaq qədər ciddidir.
Retklifdən noyabrda Konqresin profilli komitələrin üçün nəzərdə tutulmuş seçkilərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı kəşfiyyat tərəfindən keçirilən şifahi brifinqlərin dayandırılmasını şərh etməsi xahiş edilib.
Retklif deyib ki, belə bir brifinqdən sonra bir neçə konqresmen gizli məlumatları KİV-lərə “sızdırıb” ki, “ABŞ milli təhlükəsizliyi üçün Rusiyanın Çindən daha böyük təhlükə mənbəyi olduğuna dair yalan təsəvvür yaratsınlar”.
“Mən Rusiyanı kiçiltmək istəmirəm. O da bizim milli təhlükəsizliyimiz üçün ciddi təhlükədir, lakin Çin tərəfindən olan təhdidlər daha ciddidir”, – deyə o bildirib.
ABŞ prezidenti Donald Tramp da brifinqlərin ləğvini ABŞ-lı konqresmenlərin əldə etdikləri məlumatları KİV-lərə ötürməsi ilə izah edib.