ABŞ-lı analitik etiraf etdi: Əfqanıstanı işğal etmək səhv idi

ABŞ-lı analitik etiraf etdi: Əfqanıstanı işğal etmək səhv idi

ABŞ-ın Əfqanıstanda törətdiyi hərbi cinayətlərdən bəhs edən, Türkiyə istehsalı olan “Mansur” sənədli filmində danışan MKİ analitiki Ron Aledo “İşğal səhv idi”, - deyib.

Az.rasthaber.com xəbər verir ki, ABŞ-ın Əfqanıstandan çıxarılmasının 1-ci ildönümündə çəkilən Türkiyə istehsalı olan sənədli film ABŞ-ın Əfqanıstanda işğalı zamanı törətdiyi hərbi cinayətlərdən bəhs edir. Bu filmdə əfqan jurnalist ABŞ-ın törətdiyi vəhşiliklər barədə məlumat verib.

Əvvəllər Qabul Times və bir çox əfqan və xarici KİV-də çalışmış əfqan jurnalist Mansur Əhməd Faizi türkiyəli jurnalist Rafet Ballıya işğal dövründə baş verənləri və öz ifadələrini danışıb.

Sənədli filmdə danışan Aledo, "işğalın böyük bir səhv olduğunu dəfələrlə söyləyərək, bunu Amerika mediasında da dilə gətirdiyini" qeyd edib.

Xatırladaq ki, Amerika Birləşmiş Ştatları 7 oktyabr 2001-ci ildə başladığı Əfqanıstan işğalına, bir il əvvəl - 31 avqust 2021-ci ildə, 241 min insanın ölümünə səbəb olduqdan sonra son verib.

Xəbəri paylaş

VİDEOLAR