ABŞ Kəşfiyyat Birliyi: Həmas Qəzzada hələ də güc sahibidir

ABŞ Kəşfiyyat Birliyi: Həmas Qəzzada hələ də güc sahibidir

ABŞ Kəşfiyyat Birliyinin illik təhdid qiymətləndirməsi hesabatında Fələstinin müqavimət qrupu Həmasın məğlub edilmədiyi və Qəzzada güclü olaraq qaldığı etiraf edilib.

Az.rasthaber.com xəbər verir ki, hesabatda HƏMAS-ın döyüşçülərini və infrastrukturunu böyük ölçüdə qoruduğu, Qəzzada xalq dəstəyinin azaldığı, lakin Qərb Sahilində xüsusilə Fələstin Muxtariyyəti ilə müqayisədə yüksək səviyyədə qaldığı qeyd edilib.

İRNA-nın məlumatına görə, qurum HƏMAS-ın minlərlə döyüşçüsü və böyük yeraltı infrastruktura malik olduğunu və mümkün atəşkəsdən hərbi gücünü bərpa etmək və sursat ehtiyatlarını artırmaq üçün istifadə edə biləcəyini bildirib.

ABŞ kəşfiyyatının qiymətləndirməsi, HƏMAS-ın gələcəkdə aşağı intensivlikli partizan üsyanını davam etdirəcəyini və Qəzzada siyasi cəhətdən dominant aktyor olaraq qalacağını proqnozlaşdırır.

Xəbəri paylaş

VİDEOLAR