“ABŞ 2023-cü ildə “arzuolunmaz” hökumətlərə qarşı kiberhücumlara 11 milyard dollar xərcləyəcək.”
Az.rasthaber.com Sputnik-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov deyib.
Oleq Sıromolotov əlavə edib: “Qərb ölkələri informasiya və onun daşıyıcı şirkətlərindən istifadə etmək istəyirlər. Burada söhbət böyük proqramlardan, kiberhücumlar vasitəsilə ABŞ-a loyal olmayan hökumətləri tabe etmək üçün proqramlardan gedir”.
Sıromolotov vurğulayıb ki, ABŞ hökuməti hər il bu məqsədlə külli miqdarda vəsait ayırır və “Pentaqonun 2023-cü ildə yalnız bu məqsədlər üçün büdcəsi 11 milyard dollardan çox olacaq”.