ABŞ: İsrailin təhlükəsizliyi bizim üçün çox önəmlidir

ABŞ: İsrailin təhlükəsizliyi bizim üçün çox önəmlidir

ABŞ-ın İsraildəki səfiri Tom Nides "Əl Hurrə" kanalına müsahibəsində vurğulayıb ki, sionist rejimin təhlükəsizliyi ABŞ üçün çox önəmlidir.

Az.rasthaber.com xəbər verir ki, ABŞ səfiri bildirib ki, İsrail ilə Livan arasında sərhəd müqaviləsinin dəyişdirilməsi heç vaxt gündəmdə olmayıb.

Müsahibəyə davam edən Tom Nides işğal olunmuş Fələstin torpaqlarında yəhudi məskənləri ilə bağlı bəzi iddialar səsləndirib:

"Biz bunu rədd edirik və təbii ki, ilhaq əməliyyatı kimi hər şeyin əleyhinəyik. 

İsrailin təhlükəsizliyi ABŞ üçün çox önəmlidir. Mən İsrailin baş nazirinə ABŞ-ın bu məsələdəki mövqeyini izah etdim”.

Xəbəri paylaş

VİDEOLAR