Sionist İsrailin Qəzzada xəstəxanaya hücumu ilə bağlı sualı cavablandıran Pentaqonun sözçünün müavini Sabrina Sinq, HƏMAS-ın xəstəxana kimi binalarda öz komandanlıq mərkəzlərini qurduğunu iddia edərək hücumu müdafiə edib.
Az.rasthaber.com xəbər verir ki, Sinq, HƏMAS-ın xəstəxana kimi binalarda öz komanda mərkəzlərini qurduğunu bildirərkən, jurnalistlərin israrlı suallarına “Bunu göstərən hər hansı bir dəlilin varmı?”, “Məndə belə məlumat yoxdur” cavabını verib.
ABŞ-ın sionist İsrailə verdiyi hərbi yardıma heç bir ilkin şərt qoymadığına diqqət çəkən Sinq deyib:
"Biz, şübhəsiz ki, İsrailə Qəzzada HƏMAS-ı zərərsizləşdirmək və effektiv şəkildə geri çəkmək üçün lazım olan təhlükəsizlik sistemlərini veririk. Bu, günahsız dinc insanların öldürülməsi demək deyil".
Pentaqon sionist İsrailə dəstəyinin davam edəcəyi mesajını verib.
O, ABŞ-da 2 min əsgəri yüksək hazırlıq vəziyyətinə salıb və “USS Gerald Ford” təyyarədaşıyan gəmisinin və onun Şərqi Aralıq dənizindəki hücum qrupunun xidmət müddətini uzadıb.
Digər təyyarədaşıyan USS Dwigth Eisenhower Atlantik okeanından Aralıq dənizinə yola düşdü.
İsrailə tam dəstəyini təkrarlayan Sinq, ən az 500 mülki şəxsin həyatını itirdiyi xəstəxana hücumu ilə bağlı sualları, mövzu ilə bağlı çox məlumatı olmadığını ifadə edərək cavablandırıb.