ABŞ İsrailə 18 milyard dollar hərbi yardım və 50 min tondan çox hərbi texnika verib

ABŞ İsrailə 18 milyard dollar hərbi yardım və 50 min tondan çox hərbi texnika verib

ABŞ Senatı müstəqil senator Berni Sandersin soyqırım törədən İsrailə 9 milyard dollarlıq silah satışını ləğv edən qanun layihəsini rədd edib.

Az.rasthaber.com xəbər verir ki, ABŞ Senatında Vermont ştatını təmsil edən müstəqil senator Sandersin təklif etdiyi və Sionist İsrailə təqribən 9 milyard dollarlıq silah satışını ləğv etməyi təklif edən qanun layihəsi Senatda səsə qoyulub.

Səsvermədən əvvəl danışan Sanders deyib ki, Birləşmiş Ştatlar “Fələstin xalqının məhv edilməsində şərik olmağa davam etməməlidir”.

Sanders xatırladıb ki, ABŞ ötən il soyqırım törədən İsrailə 18 milyard dollar hərbi yardım və 50 min tondan çox hərbi texnika verib.

Sionist İsrailin Qəzzaya ölümcül hərbi hücumunu sərt şəkildə tənqid edən Sanders, mülki əhali arasında itkilərin çox olmasına və geniş dağıntılara diqqət çəkib.

Sanders, səsvermədən əvvəl X-də etdiyi paylaşımda, "Netanyahu hökuməti Qəzzada 50.000 adamı öldürdü, 112.000 nəfəri yaraladı. Onlar iki həftə əvvəl atəşkəsi pozdular və o vaxtdan bəri 322 uşağı öldürdülər və 600 adamı yaraladılar. ABŞ bu ortaqlığına son qoymalıdır" dedi.

Səsvermədə 15 senator qanun layihəsinə “hə”, 82 senator isə “yox” deyib.

Belə ki, ABŞ administrasiyası soyqırım törədən İsrailə 8,8 milyard dollar dəyərində silah, o cümlədən hər birinin çəkisi təxminən bir ton olan 35 mindən çox bomba və digər döyüş sursatları satacaq.

Xəbəri paylaş

VİDEOLAR