ABŞ iş və digər vizaların verilməsini dayandırıb

ABŞ iş və digər vizaların verilməsini dayandırıb

Ağ Ev bu addımın pandemiya səbəbiylə vətəndaşlarına yardım üçün etdiyini bildirib

Rasthaber Azərbaycan BBC-yə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bəzi "green card" vizalarındakı fasiləni uzadıb və digər xarici işçilər üçün vizaları 2020-ci ilin sonuna qədər dayandırıb.

Bu, yüksək ixtisaslı texnologiya işçilərinə, kənd təsərrüfatına aid olmayan mövsümi köməkçilərə, ev işləri üzrə köməkçilərə və rəhbər idarəçilərə təsir edəcək.

Ağ Ev bu addımın pandemiya səbəbiylə iqtisadi cəhətdən zərər çəkən amerikalılar üçün iş yerləri açacağını söyləyib.

Lakin tənqidçilər Ağ Evin immiqrasiya qanunlarını sərtləşdirmək üçün koronavirus pandemiyasından istifadə etdiyini söyləyirlər.

Xəbəri paylaş

VİDEOLAR