Vaşinqton Bağdada Rusiya istehsalı hava hücumundan müdafiə (HHM) sistemlərinin alışı məsələsində mane olur.
Az.rasthaber.com “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın İraqdakı səfiri Elbrus Kutraşev bildirib.
“İraq bizdən bu cür (HHM) sistemlər(i) ala bilərdimi? Əlbəttə ki, ala bilərdi və bunun üçün vəsaiti də var. Lakin, bununla belə, bu cür şeylərlə bağlı elə də çox gizlədilməyən ABŞ vetos var. İraqlılar üçün onu aradan qaldırmaq çətindir“, – deyə o qeyd edib.
Kutraşevin sözlərinə görə, ABŞ çətinlik yaratmğa son qoyan kimi, İraq öz müdafiə qabiliyyətini, xüsusilə də havadan müdafiə sahəsindəki müdafiə qabiliyyətini möhkəmlədə biləcək.
“Bunu etmək (müdafiə qabiliyyətini möhkəmlətmək – red.) qətiyyən çətin deyil. Bunun üçün lazımi HHM sistemlərini almaq, bu sistemlərlə bağlı öz mütəxəssislərinə sahib olmaq lazımdır, (sadəcə olaraq) amerikalılar buna imkan vermirlər“, – deyə o əlavə edib.